Menyu

Almaniya aviaşirkəti Tehran və Beyruta uçuşlarını ləğv edib

Nərmin Qocamanlı
Almaniya aviaşirkəti Tehran və Beyruta uçuşlarını ləğv edib

Almaniyanın "Lufthansa" aviaşirkəti İranın paytaxtı Tehran və Livanın paytaxtı Beyruta uçuşlarının aprelin 30-dək ləğv edildiyini açıqlayıb.
 
"Operativ Media" xəbər verir ki, şirkət bu tarixə qədər İran hava məkanının şirkət tərəfindən istifadə edilməyəcəyi bildirilib.

Açıqlamada "Lufthansa"nın Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini daim izlədiyi və qiymətləndirdiyi və səlahiyyətlilərlə sıx əlaqədə olduğu vurğulanıb.

Qeyd edək ki, şirkət bundan əvvəl aprelin 18-dək Tehran və Beyruta uçuşları ləğv etmişdi.

Əlaqəli Xəbərlər