Menyu

Türkiyədə zəlzələ zamanı dağıntılar baş verib - YENİLƏNİB - FOTO

Türkiyədə zəlzələ zamanı dağıntılar baş verib - YENİLƏNİB - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyənin Tokat vilayətində 5,6 maqnitudada zəlzələ baş verib. Nəticədə bir sıra binalara ziyan dəyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

O qeyd edib ki, Tokatda 4 ev ciddi zərər çəkib və 2 məscidin minarələri dağıdılıb.

Bir nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları sövq edilib.

***

19:26

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudada zəlzələ baş verib. 

"Operativ Media" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 

Məlumata görə, zəlzələ yerli vaxtla saat 18:11-də (Bakı vaxtı ilə 19:11), yerin 5,99 kilometr dərinliyində qeydə alınıb. 

Hələlik dağıntılar və ya təlafat barədə məlumat verilməyib. 

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259 z\u0259lz\u0259l\u0259 zaman\u0131 da\u011f\u0131nt\u0131lar ba\u015f verib - YEN\u0130L\u018fN\u0130B - FOTO"

Fotogalereya

Əlaqəli Xəbərlər