Menyu

G7 Rusiya aktivlərinin Ukraynaya üçün istifadəsini müzakirə edir

G7 Rusiya aktivlərinin Ukraynaya üçün istifadəsini müzakirə edir

Yeddilik ölkələri (G7) Ukraynaya yardım məqsədi ilə kreditlərin cəlb edilməsi üçün təxminən 300 milyard dollar həcmində dondurulmuş Rusiya aktivlərindən girov kimi istifadə imkanlarını müzakirə edir.

"Operativ Media" xəbər verir ki, bunu Atlantik Şurada çıxış edən Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis deyib.

"Böyük yeddilik ölkələri dondurulmuş aktivlərin Ukraynanın maliyyələşdirilməsi məqsədilə kreditlər üçün girov kimi istifadə imkanlarını müzakirə edirlər" - o deyib.

Dombrovskis dəqiqləşdirib ki, hələlik hazır həll yoxdur və müxtəlif variantlar müzakirə olunur.

Onun sözlərinə görə, yurisdiksiyasında 200 milyard avrodan çox Rusiya vəsaitinin bloklandığı Avropa İttifaqı hələlik yalnız onların yenidən investisiyalarından əldə olunan gəliri Ukraynaya silah almaq üçün istifadə etmək üzərində işləyir. Diplomat təsdiqləyib ki, ilin birinci yarısında bu məsələ ilə bağlı qərar gözlənilir.

İlin əvvəlində Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin artıq ona aid olmadığına dair bütün Aİ ölkələri tərəfindən dəstəklənən qətnamə qəbul edib.

Teqlər:

"G7 Rusiya aktivl\u0259rinin Ukraynaya \u00fc\u00e7\u00fcn istifad\u0259sini m\u00fczakir\u0259 edir"

Əlaqəli Xəbərlər