Menyu

NASA rəhbəri: Çin kosmosda gizli hərbi mövcudluğunu təmin edib

NASA rəhbəri: Çin kosmosda gizli hərbi mövcudluğunu təmin edib

Çin hərbi proqramlarını ört-basdır etmək üçün mülki kosmos uçuşlarından və tədqiqatlardan istifadə edir. 

"Operativ Media" xəbər verir ki, bu barədə NASA-nın rəhbəri Bill Nelson ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin iclasında bildirib. 

O qeyd edib ki, Çin, xüsusən də son on ildə inanılmaz irəliləyiş əldə edib.

"Lakin çinlilər son dərəcə gizli hərəkət edirlər. Düşünürük ki, onların mülki proqramları əslində hərbi proqramdır", - Nelson deyib. 

NASA rəhbərinin sözlərinə görə, kosmosda Çin üzərində üstünlüyünü qorumaq üçün Vaşinqton Ay proqramına sərmayə qoymalıdır. Nelson Konqres komitəsinə xatırladıb ki, Çin 2030-cu ildə Çin astronavtı olan taikonavtı Aya endirməyi planlaşdırır.

Nelson əlavə edib ki, Aya uğurlu eniş olarsa, Pekin kosmosun bir hissəsini Çinin mülkiyyəti elan edəcək: "Mən narahatam ki, Çin Aya iddia edərək, "Bu bizim ərazimizdir, bizim ərazimizdən uzaq durun" deyəcək", - NASA rəhbəri bildirib.

Teqlər:

"NASA r\u0259hb\u0259ri: \u00c7in kosmosda gizli h\u0259rbi m\u00f6vcudlu\u011funu t\u0259min edib"

Əlaqəli Xəbərlər