KİV: Keniya Müdafiə Qüvvələrinin rəisi helikopter qəzasında ölüb
Keniya Müdafiə Qüvvələrinin rəhbəri general Frensis Oqolla ölkənin qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Keniyanın "The Star" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Frensis Oqolla 2023-cü ilin yazında Keniya ordusu üçün ən yüksək vəzifəyə təyin edilib.
Qeyd edilib ki, içərisində 8 nəfərin olduğu helikopter havaya qalxdıqdan az sonra yerə çırpılıb və alovlanıb. İlkin məlumata görə, beş nəfər həlak olub, üç nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.
Keniya prezidenti Uilyam Ruto hadisədən sonra Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.