NATO Argentinanın tərəfdaşlıq ərizəsini müsbət qiymətləndirib
Şimali Atlantika Alyansı (NATO) Argentinanın qlobal tərəfdaş kimi NATO ilə əməkdaşlıq ərizəsini müsbət qiymətləndirir.
"Operativ Media" xəbər verir ki, bunu Brüsseldə keçirilən Müdafiə və Təhlükəsizlik Forumunda alyansın baş katibinin müavini Mirça Koana deyib.
"Əlbəttə ki, biz buna çox müsbət baxırıq", - Koana qeyd edib.
Argentina Müdafiə Nazirliyinin rəhbəri Luis Petrinin sözlərinə görə, respublika hakimiyyəti qlobal tərəfdaş kimi NATO ilə əməkdaşlıq üçün ərizə təqdim edib.
31 may 2018-ci il tarixində Brüsseldə NATO-nun Kolumbiya ilə Qlobal Tərəfdaşlıq Sazişi imzalanıb. Respublikanın o zamankı rəhbəri Xuan Manuel Santos bəyan etmişdi ki, ölkə alyansa üzv olmaq və onun hərbi əməliyyatlarında iştirak etmək niyyətində deyil. 2022-ci ilin mayında Amerika prezidenti Co Bayden Kolumbiyaya ABŞ-nin NATO-dan kənar əsas müttəfiqi statusu verib.