Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin Yeddilik Qrupuna (G7) daxil edilməsini təklif edərək, bundan sonra qrup üzvlərinin müzakirələrinin həmişə məzmunlu və mənalı olacağını vəd edib.
"Operativ Media" xəbər verir ki, Kuleba bu barədə Rada TV-də deyib.
Kulebanın sözlərinə görə, G7-nin nazirlərindən biri müzakirənin sonunda ona bildirib ki, qrup Rusiya Federasiyası ilə birlikdə G8 olduğu halda, belə məzmunlu və səmimi söhbətlər heç vaxt olmayıb: "Mən ona cavab verdim: Ukraynanı G7-yə daxil edin, G7-ni yenidən G8-ə çevirin və sizə zəmanət verirəm ki, sizin hər zaman çox məzmunlu və mənalı söhbətləriniz olacaq".