Menyu

Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq

Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.

"Operativ Media" xəbər verir ki, Masallı rayonu ərazisində yerləşən “Tüklə” qazpaylayıcı stansiyada əhali xəttinin üzərində quraşdırılmış diametri 200 mm-lik siyirtmənin əvəzlənməsi nəzərdə tutulur.

Bu məqsədlə Boradigah, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba, Babaser, Məmmədoba, Ninəlov, Qodman, Böyük Kolatan, Şatıroba, Mahmudovar, Tüklə və Bədəlan kəndlərində ümumilikdə 8900 abonentin qaz təchizatının 22 aprel saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır. 

Teqlər:

"Masall\u0131n\u0131n 16 k\u0259ndind\u0259 qaz t\u0259chizat\u0131 dayand\u0131r\u0131lacaq"

Əlaqəli Xəbərlər