Mirzoyan: Rusiya ilə münasibətlərdə problemlər var
"Düzdür etiraf etmək lazımdır ki, Ermənistanla Rusiya arasında münasibətlər ən yüksək həddə deyil".
"Operativ Media" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanına səfəri zamanı Ermənistan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan "Arab News" jurnalına müsahibəsində bildirib.
"Əlbəttə, problemlər var və biz onları gizlədə bilmirik və istəmirik. Erməni cəmiyyəti arasında suallar var, məsələn, Rusiya sülhməramlılarının Qarabağdakı hərəkətləri, eləcə də 2022, 2023-cü illərdə "suveren ərazilərimizə hücuma məruz qalanda" Rusiyadakı müttəfiqlərimizin münasibəti ilə bağlı. Və ondan əvvəl. Deməli, həqiqətən də bəzi problemlər var, lakin eyni zamanda biz bu problemləri həll etmək istiqamətində işləyirik", - Mirzoyan bildirib.
Teqlər:
"Mirzoyan: Rusiya il\u0259 m\u00fcnasib\u0259tl\u0259rd\u0259 probleml\u0259r var"