Suriyanın şimalında daha 5 terrorçu zərərsizləşdirilib
Nərmin Qocamanlı
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyatlarını davam etdirir.
"Operativ Media" xəbər verir ki, "Fərat Qalxanı" əməliyyat bölgəsində aşkarlanan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
"Harada olmasından asılı olmayaraq terror təşkilatlarına qarşı mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək", - məlumatda qeyd olunub.