Barbados rəhbərliyi Fələstini dövlət kimi tanımaq qərarına gəlib.
"Operativ Media"'xəbər verir ki, bunu Barbados xarici işlər naziri Kerrie Simmonds deyib.
Ölkəsinin indiyə qədər Fələstini dövlət olaraq tanımamasını tənqid edən Simmonds, bu səhvi düzəltməyin vaxtının gəldiyini vurğulayıb:
“Biz BMT-də hər zaman münaqişənin iki dövlətli həll yolunun olması lazım olduğunu müdafiə etmişik. Ancaq bunu dünyaya desək də, ironik şəkildə biz Fələstini bir dövlət kimi tanımırdıq deyə bir uyğunsuzluq var idi. Biz Fələstini dövlət olaraq tanımadığımız halda necə iki dövlətli həll tələb edə bilərdik?".
Simmonds qeyd edib ki, Fələstinin dövlət olaraq tanınması qərarının Barbadosun İsraillə əlaqələrinə təsir etməyəcək.
Qeyd edək ki, Barbados BMT-yə üzv olan 193 ölkə arasında Fələstini dövlət kimi tanıyan 140-cı ölkə olub.
Teqlər:
"Barbados r\u0259hb\u0259rliyi F\u0259l\u0259stini d\u00f6vl\u0259t kimi tan\u0131y\u0131b"