Menyu

Finlandiya Aİ-dən Rusiya ilə həmsərhəd bölgələr üçün pul istəyib

Nərmin Qocamanlı
Finlandiya Aİ-dən Rusiya ilə həmsərhəd bölgələr üçün pul istəyib

 

Finlandiyanın baş naziri Petteri Orpo Rusiya ilə həmsərhəd bölgələrə dəstək üçün Avropa İttifaqından pul istəyib. 

Bu barədə "Operativ Media" Finlandiya mətbuatına istinadən xəbər verir.

Orpo bu xahişini Rusiya rəhbərliyinin hərəkətləri nəticəsində sərhədyanı ərazilərə ziyan vurması ilə əsaslandırıb. Əvvəllər məlum idi ki, Rusiya Federasiyasına qonşu olan şəhərlərin iqtisadiyyatı turist axınının dayanması səbəbindən çökür.

“Rusiyanın hərəkətləri nəticəsində Şərqi Finlandiya iqtisadi cəhətdən zərər çəkdi. Ümid edirik ki, Avropa İttifaqı maliyyə yardımı göstərəcək”, - Orpo bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər