Menyu

İran, Azərbaycan və Rusiya arasında elektrik enerjisi əlaqəsi yaradılır

Nərmin Qocamanlı
İran, Azərbaycan və Rusiya arasında elektrik enerjisi əlaqəsi yaradılır

İran, Rusiya və Azərbaycan Respublikası arasında elektrik enerjisi əlaqəsi layihəsi son mərhələdədir və qısa müddət ərzində həyata keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə 
İranın energrtika nazirliyinin rəsmisi məlumat verib.
 
Nazirliyin beynəlxalq nümayəndəliyinin rəhbəri bildirmişdir ki, bu elektrik enerjisi layihəsinin həyata keçirilməsi ölkəyə ehtiyac duyduğu zaman elektrik enerjisini idxal etməyə və elektrik enerjisini bu ölkələrə ixrac etməyə imkan verəcək.

Həmçinin bərpa olunan mənbələrdən istehsal olunan elektrik enerjisinin üç qonşu ölkəyə - Türkiyə, Əfqanıstan və Pakistana ixrac oluna biləcəyinə diqqət çəkib. 

Qeyd edilib ki, Türkiyənin energetika nazirinin keçən ay İrana səfər etdiyini və iranlı həmkarından enerji sahəsində əməkdaşlıq qurmasını istəyib.

İran və Türkiyə arasında elektrik enerjisi mübadiləsi üçün ekspertlər səviyyəsində danışıqlara başlanılıb və yaxın iki ay ərzində bu məsələ ilə bağlı ətraflı məlumat açıqlanacaq.

Teqlər:

"\u0130ran Az\u0259rbaycan v\u0259 Rusiya aras\u0131nda elektrik enerjisi \u0259laq\u0259si yarad\u0131l\u0131r"

Əlaqəli Xəbərlər