NATO və Aİ ABŞ-nin Kiyevə yardım paketi ayırmasını alqışlayıb
NATO-nun baş katibi Yens Stoltenberq və Avropa diplomatiyasının rəhbəri Xosep Borrell ABŞ-nin Kiyevə növbəti yardım paketi ayırmasını alqışlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə diplomatlar açıqlama verib.
"ABŞ Nümayəndələr Palatasının Rusiyanın hərbi imkanlarını məhv etmək üçün NATO tərəfindən verilən silahlardan istifadə edən Ukraynaya böyük həcmdə yeni yardım paketini təsdiq etməsini alqışlayıram", - Stoltenberq bildirib.
"Mən ABŞ Nümayəndələr Palatasında bugünkü səsvermənin nəticəsini alqışlayıram", - deyə Borrell açıqlaıb. O əlavə edib ki, Kiyev Rusiya ilə mübarizə aparmaq üçün lazım olan transatlantik dəstəyə malik olacaq.