Menyu

İDDİA: Aİ qaçqın axınını azaltmaq üçün Livanla razılığa gələcək

İDDİA: Aİ qaçqın axınını azaltmaq üçün Livanla razılığa gələcək

Avropa İttifaqı (Aİ) Livanla Aİ-yə qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün ölkəyə maliyyə paketi təqdim edəcək saziş üzərində işləyir. 

"Operativ Media" xəbər verir ki, bu barədə Kipr prezidenti Nikos Xristodulides RND-ə müsahibəsində bildirib.

"Biz Livana qaçqınlarla məşğul olmaqda kömək etmək istəyirik ki, Kiprə daha çox gəlməsin. Mayın 2-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə birlikdə Livana səfər edəcəyik və orada maliyyə paketi təqdim olunacaq.", - Kipr prezidenti bildirib.

Kristodulid Kiprdəki qaçqınların vəziyyətini kritik adlandırıb: "Burada ən aydın sözlərə müraciət etmək məcburiyyətindəyəm. Bəsdir, daha suriyalı qaçqını qəbul etmək iqtidarında deyilik. Biz limitdəyik və bu axının öhdəsindən gələ bilmərik. 

O əlavə edib ki, miqrantların Kipr əhalisinə nisbətdə payı 7% təşkil edir. Onun sözlərinə görə, bununla bağlı Kipr hakimiyyəti Aİ-dən kömək istəyib və sığınacaq üçün yeni müraciətlərə baxılması prosedurunu dayandırmaq qərarına gəlib.

Teqlər:

"\u0130DD\u0130A: A\u0130 qa\u00e7q\u0131n ax\u0131n\u0131n\u0131 azaltmaq \u00fc\u00e7\u00fcn Livanla raz\u0131l\u0131\u011fa g\u0259l\u0259c\u0259k"

Əlaqəli Xəbərlər