Şolts Konqresin Ukraynaya yardım göstərmək qərarını dəstəkləyib
Almaniya kansleri Olaf Şolts Konqres Nümayəndələr Palatasının Kiyevə çoxmilyardlı yardım göstərmək qərarını "güclü siqnal" adlandırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə o, "X"də yazıb.
"ABŞ Nümayəndələr Palatasının Ukraynanı dəstəkləmək qərarı indiki zamanda güclü siqnaldır. Biz birlikdə ukraynalıların tərəfindəyik", - Almaniya hökumətinin başçısı deyir.
Qeyd edək ki, Nümayəndələr Palatası dünən Ukraynaya 61 milyard dollar məbləğində hərbi yardımın göstərilməsi haqqında qanun layihəsini qəbul edib, bu vəsaitlər əsasən Amerika hərbi sənaye kompleksindən yeni silah sifarişləri üçün istifadə olunacaq. Bu pul Kiyev üçün sursat və hava hücumundan müdafiə sistemlərinin alınmasına sərf olunacaq.