Menyu

Meksikada merliyə namizəd iki şəxs öldürülüb

Meksikada merliyə namizəd iki şəxs öldürülüb

Meksikada cümə günü iki merliyə namizəd ölü tapılıb və bununla da iyunun 2-də keçiriləcək seçkilərdən əvvəl öldürülən namizədlərin sayı 17-yə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə AP məlumat yayıb. 

Namizədlərdən biri cümə günü Meksikanın şimalı ilə həmsərhəd olan Tamaulipas ştatında öldürülüb. Noy Ramos Feretisin namizədliyi müxalifətdəki Milli Fəaliyyət Partiyası və İnstitusional İnqilab Partiyasının koalisiyası tərəfindən irəli sürülüb. O, Ciudad Mante merliyinə namizədliyini irəli sürüb.

Tamaulipas əyalətinin prokurorluğu Ramos Feretisin cümə günü hücuma məruz qaldığını, lakin təhqiqatın aparıldığını bildirərək əlavə məlumat verə bilməyəcəyini söyləyib.

Yerli media onun bıçaqlandığını yazıb. Tamaulipasda uzun müddətdir ki, narkotik kartelləri arasında toqquşmalar gedir.

Daha bir merliyə namizəd axtarışa verildikdən bir gün sonra ölü tapılıb. Alberto Qarsianın Oaxaka ştatının San Xose İndependensiya şəhərinin meri vəzifəsinə namizədliyi irəli sürülüb.

Oaxaca ştatının prokurorluğu Qarsianın şəhər yaxınlığındakı su anbarında ölü tapıldığını bildirib. Görünür, onu döyüb öldürüblər. Əvvəllər həmin ərazidə narkotik alverçilərinin dəstələri fəaliyyət göstərirdi.
 

Teqlər:

"Meksikada merliy\u0259 namiz\u0259d iki \u015f\u0259xs \u00f6ld\u00fcr\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər