İsrail HƏMAS hərəkatı ilə silahlı münaqişə zamanı Fələstin kimliyini məhv etməyə və Qəzza zolağında genişmiqyaslı soyqırımı həyata keçirməyə çalışır.
"Operativ Media" xəbər verir ki, bu fikri Fələstin prezidentinin müşaviri Mahmud əl-Həbbaş deyib.
"İsrailin hazırda apardığı müharibə, ilk növbədə, Fələstin kimliyini daşıyan hər şeyi məhv etmək məqsədi daşıyır. İsrailin baş naziri Benyamin Netanyahu bu münaqişə zamanı Fələstin xalqına qarşı soyqırım törətməyə çalışır", - əl-Həbbaş qeyd edib.
Fələstin prezidentinin müşaviri əlavə edib ki, İsrail hakimiyyəti Fələstin xalqını ümidsizliyə sürükləməyə və bütün ümidlərini qırmağa çalışır.