Menyu

Almaniyada avtobus aşıb, 27 şagird xəsarət alıb

Almaniyada avtobus aşıb, 27 şagird xəsarət alıb
1 dəq oxu

Almaniyanın qərbindəki Olpe şəhəri yaxınlığında avtobusun aşması nəticəsində 27 məktəbli xəsarət alıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Məlumata görə, içərisində 15-17 yaşlı məktəblilərin də olduğu avtobus A45 şosesində yoldan çıxaraq aşıb.

Bildirilib ki, şagirdlərdən dördü ağır yaralanıb və xəstəxanaya aparılıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Əlaqəli Xəbərlər