Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq
77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq.
"Operativ Media" xəbər verir ki, qısa filmlər üzrə bu il 11 ölkədən namizəd iştirak edəcək.
Bunlar Azərbaycan da daxil olmaqla, Braziliya, Bolqarıstan, Kanada, Çin, Xorvatiya, Fransa, Kosovo, Litva, Portuqaliya və ABŞ-dir.
Festivalda Azərbaycanı rejissor Azər Quliyev "Sanki yoxsan" filmi ilə təmsil edəcək.
Müsabiqənin əsas mərhələsində 4 420 film arasından seçilmiş 11 qısametrajlı film təqdim olunacaq.
Qısametrajlı film üzrə "Qızıl palma budağı”nın qalibi mayın 25-də elan olunacaq.//APA//
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net