24 Aprel 2024, 22:16
Binəqədi rayonunda qaz olmayacaq
Binəqədi rayonunda qaz olmayacaq şəkil
Binəqədi rayonunda qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

“Operativ Media” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Binəqədi kəndi və Gülüstan yaşayış massivini təbii qazla təmin edən qaz xəttinin əsaslı təmir olunmuş hissəsinin mövcud qaz xəttinə qoşulması ilə əlaqədar aprelin 25-də saat 10:00-dan etibarən “Binəqədi(Novxanı QRS)” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun bir hissəsinin (Binəqədi kəndi, 1, 2, 3-cü Mədən ərazisi, Gülüstan yaşayış massivinin 1-14-cü dalanları) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Son xəbərlər
ABŞ-də qızılcaya yoluxanların sayı artıb
“Qarabağ”ın ÇL-dəki potensial rəqiblərinin ilk oyunu keçirilib
ABŞ BMT-nin Fələstin üzrə xüsusi məruzəçisinə sanksiya tətbiq edib
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB
10 israilli girov azad ediləcək
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Rusiya XİN müavini işdən çıxarılıb