
"Nokia" telefonlarının istehsalçısı HMD Global şirkəti rəsmi olaraq özünün yeni düyməli modellərini təqdim edib
"Operativ Media" xəbər verir ki, yeni modellər "Nokia 215 4G", "225 4G" və "235 4G" adlanır.
Bu sərfəli telefonlar sizə lazım olan bütün xüsusiyyətlərə malikdir: 4G dəstəyi, çoxsaylı rəng seçimləri, klassik T9 klaviaturası və USB Type-C portu.
Ekranın diaqonalı "Nokia 215 4G" və "235 4G" üçün 2,8 düym, "Nokia 225 4G" üçün isə 2,4 düym təşkil edir.
"Nokia 215 4G"də kamera yoxdur, "Nokia 225 4G"də sadə VGA kamera, "Nokia 235 4G"də isə 2 meqapiksellik kamera var.
Bütün telefonlar Bluetooth 5.0-ni dəstəkləyir, 3,5 mm qulaqlıq yuvası və iki SİM kartla 9,8 saata qədər danışıq müddəti təmin edən, çıxarıla bilən 1450 mAh batareya daxildir.
Lakin əsl xüsusiyyət, xəbərlərə çıxışı təmin edən "Cloud Apps" xidməti vasitəsilə "YouTube Shorts"a giriş imkanıdır.
Yeni məhsulların qiyməti də münasib hesab edilir. Belə ki, "Nokia 215 4G" 63 dollardan, "Nokia 225 4G" 74 dollardan, "Nokia 235 4G" 84 dollardan başlayır.