http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir

02 May 2024 , 11:11
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir

“AzərEnerji” ASC ölkənin ikinci böyük elektrik stansiyası olan, Bakının Şüvəlan qəsəbəsində yerləşən 800 meqavatlıq “Şimal” Elektrik Stansiyasında reqlament üzrə təmir-təftiş işləri aparır.

"Operativ Media"nın  verdiyi məlumata görə, texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması və istismar səviyyəsinin yüksəldilməsi üçün analoji proses 2021-ci ildə 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasında da həyata keçirilmişdi və hazırda 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasında kompleks təmir işləri görülür.

Qaz turbinində, generatorda, transformatorlarda, ötürmə xətlərində, idarəetmə və təsirlənmə sistemlərində aparılan təmir-təftiş işlərini “AzərEnerji”nin “Şimal” Elektrik Staniyasının və “Enerjiservis” MMC-nin mütəxəssisləri ilə yanaşı istehsalçı “Mitsubishi Power Europe, Ltd.” şirkətinin mütəxəssisləri həyata keçirir. Yeni texnologiyaların və əlavə rəqəmsal avadanlıqların tətbiqi nəticəsində stansiyanın səmərəliliyi daha da yüksələcək. Bununla da əvvəllər hər kilovat-saata görə təqribən 220-222 qram şərti yanacaq sərf edilirdisə, indi bu rəqəm hər kilovat-saata görə 215-216 qrama qədər düşəcək, üstəlik təbii qaza qənaət edilməklə yanaşı, karbon emisiyasın azalmasına səbəb olacaq.

Paralel olaraq, “Şimal-2” Elektrik Stansiyasının dənizə geri buraxılan soyutma suyunun üzərində yaradılan kiçik su elektrik stansiyasında da “AzərEnerji” tərəfindən qrafikə uyğun təmir işləri aparılır. Sonda onu da qeyd edək ki, ümumilikdə “Şimal” Elektrik Stansiyası ölkədəki istilik elektrik stansiyaları arasında ən yüksək faydalı iş əmsalına malik olan stansiyadır və bu stansiya 57% faydalı iş əmsalına görə Cənubi Qafqaz regionunda ilk yerdə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR
Yataqxana tipli binalar nə vaxt və hansı şərtlərlə söküləcək? 

Yataqxana tipli binalar nə vaxt və hansı şərtlərlə söküləcək? 

Anar Məmmədlinin bir sıra təşkilatlardan 1 milyondan çox vəsait almasına dair məlumatlar yayılıb

Anar Məmmədlinin bir sıra təşkilatlardan 1 milyondan çox vəsait almasına dair məlumatlar yayılıb

Uşaq qidaları niyə kəskin bahalaşıb?

Uşaq qidaları niyə kəskin bahalaşıb?

XƏBƏR LENTİ
  • 09:00

    "Çelsi" Palmeyrasın 17 yaşlı futbolçusunu transfer etmək istəyir
  • 08:40

    Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə müzakirələr aparıb - YENİLƏNİB
  • 08:36

    Vüsal İsgəndərlili "Boluspor" Türkiyə Super Liqasına yüksələ bilmədi
  • 08:26

    Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb
  • 08:20

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • Dünən
    23:14

    Ramil Şeydayevli "Kocaelispor" Super Liqa şansını itirdi
  • Dünən
    23:03

    Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir
  • Dünən
    22:48

    Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
Menyu