22 Dekabr 2022, 11:29
“Patriot” Rusiya-Ukrayna müharibəsində nəyi dəyişəcək?
“Patriot” Rusiya-Ukrayna müharibəsində nəyi dəyişəcək? şəkil
“Patriot” Rusiya-Ukrayna müharibəsində nəyi dəyişəcək?

ABŞ Prezidenti Co Baydenin Ukraynaya elan etdiyi müdafiə yardımı paketində məşhur və özünü doğruldan “Patriot” müdafiə sistemi də var.

"Operativ Media"nın xəbərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski də deyib ki, ABŞ-ın vəd etdiyi bu HHM sistemi effektiv havadan müdafiə qalxanının yaradılmasında mühüm addımdır:


“Bu, terror dövlətini əsas terror alətindən – şəhərlərimizi, enerji obyektlərimizi raketlə, dronla vurmaq imkanından məhrum edə biləcək yeganə yoldur”, – deyə Zelenski Ağ Evdə Baydenlə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.

Bayden isə jurnalistlərə bildirib ki, “Patriot“ müdafiə sistemidir, o, hücum vasitəsi deyil. Biz onlardan istifadə etməməyi çox istərdik, buna görə də sadəcə hücumları dayandırın."

“Patriot” sistemləri nədir?

“Patriot” ABŞ-ın ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən biri hesab olunur və təyyarələr, qanadlı və ballistik raketlərdən müdafiə üçün istehsal edilir. Sistemə radar və digər dəstək vasitələri ilə birlikdə buraxılış qurğuları daxildir.

“Patriot” həmçinin adı “MIM-104” olan zenit-raket kompleksi ABŞ Ordusu və bir neçə başqa müttəfiq ölkə tərəfindən istifadə olunan əsas  hərbi sistemdir. Müdafiə sistemi ABŞ-ın məşhur müdafiə sənayesi şirkətlərindən biri olan Raytheon tərəfindən istehsal olunur. Sistemin raketlərinin hər biri 444 kq-dır, uzunluğu 5,31 metrdir.
Bu HHM kompleksinin ən azı 2040-cı ilə qədər silahlanmada qalacağı gözlənilir.

Kral Birləşmiş Xidmətlər İnstitutunda quru qoşunları üzrə baş elmi işçi Cek Uotlinq “Patriot” Hava Hücumundan Müdafə Sistemlərinin Ukraynaya göndərilməsi qərarının faydaları və risklərinə toxunub:

“Bəziləri ehtiyat edir ki, Ukraynaya müəyyən hərbi dəstək verilməsi daha geniş eskalasiya riski daşıyır, lakin bu, ABŞ-ın “Patriot” sistemlərini göndərmək istəməməsi üçün əsas deyil. Bu sistemlərdən ABŞ-da daha azdır. Amma ölkənin Hind-Sakit Okeandakı qüvvələrini müdafiə etmək üçün “Patriot” çoxdur.
Üstəlik, İsveçdən Səudiyyə Ərəbistanına qədər mövcud “Patriot” istifadəçilərindən  bu sistemlərə davamlı tələbat var: xüsusən də Səudiyyə Ərəbistanı öz kritik milli infrastrukturunu müdafiə etmək üçün hər ay xeyli sayda raket alır. Amma onu da vurğulayaq ki, raketlərin istehsal miqyası aşağıdır”.

Son xəbərlər
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib
Məşhur rejissor Devid Linç vəfat edib
NATO: 2 Norveç F-35-i Polşa hava məkanını qorumaq üçün havaya qalxıb
İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişi imzalanıb