"Super Oil" YDM-nin təşkil etdiyi "Şans sənindir" lotereyasının qalibləri açıqlanıb

Redaksiya
"Super Oil" YDM-nin təşkil etdiyi "Şans sənindir" lotereyasının qalibləri açıqlanıb

Bərdədə yerləşən "Super Oil"  yanacaqdoldurma məntəqələrində təşkil olunan və 9 ay davam edən “Şans yolunda” lotereyasına yekun vurulub. “Şans yolunda” lotereyası 2023-cü ilin sentyabrın 1-də start götürüb və bu ilin may ayının 1-i 08:00-da başa çatıb.

Müştərilərin də iştirak etdiyi tədbir 1 may, saat 12:00-da "Super Oil" yanacaqdoldurma məntəqəsində baş tutub və qaliblərin adı açıqlanıb. 

Lotereyanın şərtlərinə görə, müştərilər “Super Oil” yanacaqdoldurma məntəqələrindən 10 AZN dəyərində yanacaq doldurmaları kifayət idi! Hər 10 AZN dəyərində yanacaq müştəriyə 1 bilet qazandırıb. Biletin seriya nömrəsi yazılan əsas hissəsi iştirakçıda qalıb, iştirakçının məlumatları qeyd olunan hissəsi isə doldurulduqdan sonra kəsilərək lotodroma atılıb. Yekunda final tirajda lotodromda 99895 bilet olub.

Öncədən uduş fondu diqqətə çatdırılmaqla növbəliliklə 10 (on) AZN dəyərində yanacaq kartı 12 (on iki) ədəd, 15 (on beş) AZN dəyərində yanacaq kartı 6 (altı) ədəd, 200 (iki yüz) AZN dəyərində 5 (beş) ədəd pul kartları, 500 (beş yüz) AZN dəyərində 4 (dörd) ədəd pul kartları, 1000 (bir min) AZN dəyərində 2 (iki) ədəd pul kartları və ən sonda super uduş 1 (bir) ədəd "Khazar LX" (130002-130077, Ağ rəng, 1.7 mühərrik) markalı sedan avtomobili oynanılıb. 

Lotereyanın əsas mükafatının qalibi Əmir Abbasov olub. O, "Khazar LX" avtomobilə sahib olub.

Qeyd edək ki, stimullaşdırıcı lotereyanın təşkilatşısı “Dream Construction Company” Məhdud Məsuliyyətli Cəmiyyətidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Dream Construction Company” MMC ilə fiziki şəxs Nəqşibəndi Hacıyev arasındakı müqaviləyə əsasən 16 avqust 2023-cü ildə müraciəti müsbət cavablayaraq lotereyanın təşkilinə icazə vermişdir.

Lotereyanın digər qaliblərinin siyahısı aşağıdakı kimidir:

Şəkil Qalereyası

"Super Oil" YDM-nin təşkil etdiyi "Şans sənindir" lotereyasının qalibləri açıqlanıb - Şəkil 1
"Super Oil" YDM-nin təşkil etdiyi "Şans sənindir" lotereyasının qalibləri açıqlanıb - Şəkil 2
"Super Oil" YDM-nin təşkil etdiyi "Şans sənindir" lotereyasının qalibləri açıqlanıb - Şəkil 3
"Super Oil" YDM-nin təşkil etdiyi "Şans sənindir" lotereyasının qalibləri açıqlanıb - Şəkil 4
"Super Oil" YDM-nin təşkil etdiyi "Şans sənindir" lotereyasının qalibləri açıqlanıb - Şəkil 5
"Super Oil" YDM-nin təşkil etdiyi "Şans sənindir" lotereyasının qalibləri açıqlanıb - Şəkil 6
"Super Oil" YDM-nin təşkil etdiyi "Şans sənindir" lotereyasının qalibləri açıqlanıb - Şəkil 7

Digər xəbərlər