32 il gecikmiş "Son zəng"
Laçın şəhər 2 nömrəli tam orta məktəbin işğaldan əvvəlki sonuncu məzunları yarımçıq qalmış hekayələrini 32 il sonra tamamlayıblar.
"Operativ Media" xəbər verir ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 1992-ci ilin mayın 25-də keçirilən "Son zəng"ə hazırlaşan məzunların arzuları mayın 18-də Laçının işğalı ilə yarımçıq qalmışdı. Həmin məzunlar gecikən "Son zəng"lərini məzunu olduqları Laçın şəhər 2 nömrəli tam orta məktəbdə 32 il sonra vurublar. Bu Laçın azadlığa qovuşduqdan sonra çalınan ilk "Son zəng" olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net