Menyu

Azərbaycan cüdoçusu Yay Olimpiya Oyunlarında yarışacaq

Operativ Media
Azərbaycan cüdoçusu Yay Olimpiya Oyunlarında yarışacaq
1 dəq oxu

1–3 noyabr tarixlərində Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının cüdo yarışları keçiriləcək.

Operativ Media ACF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, reqlamentə əsasən, Azərbaycan cüdo yarışlarında bir idmançı ilə təmsil olunacaq. İbrahim Talıbov -55 kq çəki dərəcəsində noyabrın 1-də mübarizəyə qoşulacaq.

Cüdoçumuz tatamiyə yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında çıxacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları indiyədək Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 1 qızıl və 2 gümüş medal qazanıblar. Vüqar Talıbov (-66 kq) 2018-ci ildə Buenos-Ayresdə bütün rəqiblərini məğlub edərək Olimpiadanın qalibi olub. Natiq Qurbanlı (-55 kq) və Leyla Əliyeva (-44 kq) isə 2014-cü ildə Nankində gümüş medala sahib çıxıblar.

Əlaqəli Xəbərlər