Menyu

"Qalatasaray"ın müdafiəçisi 27 yaşında milli karyerasını başa vurub

Operativ Media
"Qalatasaray"ın müdafiəçisi 27 yaşında milli karyerasını başa vurub
1 dəq oxu

“Qalatasaray”ın müdafiəçisi İsmail Yakobs Seneqal millisində beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb.

Operativ Media xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Yakobs bildirib ki, Almaniyada böyüsə də, Seneqal onu böyük sevgi ilə qarşılayıb və qısa müddətdə özünü bu ölkənin bir parçası kimi hiss etməsinə şərait yaradıb. O, milli komandada çıxış etməklə uşaqlıq arzularını gerçəkləşdirdiyini, eyni zamanda seneqallı atasının arzusunu həyata keçirdiyini vurğulayıb.

Müdafiəçi qərarının səbəblərindən danışarkən klub karyerasına diqqət ayırmaq, özünə və ailəsinə daha çox vaxt sərf etmək istədiyini qeyd edib. O, milli komandadakı çıxışlarını başa vursa da, Seneqalla bağlarının heç vaxt qırılmayacağını bildirib.

İsmail Yakobs 2022-ci ildə Seneqal millisində debüt edib. O, yığmanın heyətində 33 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçu Seneqal millisi ilə 2026-cı il dünya çempionatında 1/16 final mərhələsinə qədər irəliləyib.

Əlaqəli Xəbərlər