Menyu

U-15 dünya çempionatı: Azərbaycan millisi Mozambiklə qarşılaşacaq

Operativ Media
U-15 dünya çempionatı: Azərbaycan millisi Mozambiklə qarşılaşacaq
1 dəq oxu

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək.

Operativ Media xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv bu gün C Divizionunda Mozambik yığması ilə üz-üzə gələcək. Qarşılaşma saat 11:30-da Hövsan Yarış Kompleksində baş tutacaq.

Bu cütün qalibi Kuba – Vyetnam matçında üstün olan tərəflə üz-üzə gələcək. Cütün məğlubu isə eyni komandaların qarşılşamasında uduzan tərəflə oynayacaq. Məğlublar saat 18:15-də, qaliblər 19:30-da münasibətləri aydınlaşdıracaq.

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub. Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) Çili yığmasına uduzub (1:3), ardınca Cəbəllütariq seçməsini 5:1 hesabı ilə məğlub edib.

Əlaqəli Xəbərlər