"Bu il Azərbaycan məktəblərdə də yaşıl dünya və COP28-dən öyrədilən dərslərin tətbiqi istiqamətində işlər görülüb".
“Operativ Media” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində konfransda elm və təhsil naziri Emin Əmrullayev bildirib.
O deyib ki, hal-hazırda dünyada bir çox təhsil pillələri üzrə bu prosesin düzgün ölçülməsi, hədəflərin düzgün qoyulması istiqamətində işlər davam edir. Bizim də bu il ölkədə COP29-un keçirilməsi çərçivəsində təşəbbüslərimiz vacib olaraq tarixə düşəcək, nəticələrini isə daha sonra görəcəyikş
Nazir əlavə edib ki, ətraf mühit savadlılığın mənası anlaşılmalıdır və bunun ölçülməsi prosesi formalaşmalıdır:
"PISA ölkələri bu istiqamətdə iştirakı çox vacib hesab edir. Çünki PISA müxtəlif ölkələrdə 15 yaşlı uşaqları ölçür. Növbəti ilədn biz də bu siyahıya daxil ola bilsək, biləcəyik ki, 15 yaçlı uşaqların verilmiş məsələyə münasibəti necədir. Niyə bəzi ölkələrdə bu savadlılıq yuxarıdır, bəzilərində aşağıdır, ailələrin bu prosesə təsiri hansı dərəcədədir və bır sıra mühüm məsələləri anlamaq mümkündür. Bu, dünyanın müxtəlif qərar verən qurumlarına ciddi şəkildə töhvə verəcək. Əraf mühitlə bağlı savadlılıq davranışa və nəticələrə təsir edəcək. Bu da öz növbəsində iqtisadi maraqlarla bağlıdır".