Menyu

Yeni Bakı-Gəncə avtobusları sərnişinlərin istifadəsinə verilib

Nərmin Qocamanlı
Yeni Bakı-Gəncə avtobusları sərnişinlərin istifadəsinə verilib

Bakı – Gəncə – Bakı istiqaməti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə Bakı – Gəncə – Bakı şəhərlərarası marşrut xətti müsabiqəyə çıxarılıb. Nəticələrə uyğun olaraq 2 şirkət müsabiqədə qalib gəlib.

Belə ki, bu gündən daha rahat və təhlükəsiz daşınması üçün Gəncəyə səfərlər “Neoplan” və “Man” markalı avtobuslarla həyata keçiriləcək. Bununla da uzun müddətdən sonra ilk dəfə olaraq şəhərlərarası daşımalarda tam yeni avtobuslar istismara verilir.

“Man” markalı avtobuslar tam yenidir və 2024-cü il istehsalıdır. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər