Menyu

“Xəzər Garden” ictimai-iaşə obyektindən gələn səs-küylə bağlı şikayət olub

Nərmin Qocamanlı
“Xəzər Garden” ictimai-iaşə obyektindən gələn səs-küylə bağlı şikayət olub

Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi 18 b ünvanında yerləşən “Xəzər Garden” ictimai-iaşə obyektindən gələn səs-küylə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə "Operativ Media"ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, ərazidə aparılan ölçmə işlərinin nəticəsinə görə, “Xəzər Garden”  iaşə obyektindən ətrafa yayılan səs-küy səviyyəsinin normadan  artıq olduğu müəyyən edilib.

“Faktla bağlı obyektin səlahiyyətli nümayəndəsi Rasim Bağırov barəsində protokol tərtib olunub və nöqsanların aradan qaldırılması məqsədilə ona icrası məcburi olan məcburi göstəriş verilib”.

Teqlər:

"\u201cX\u0259z\u0259r Garden\u201d ictimai-ia\u015f\u0259 obyektind\u0259n g\u0259l\u0259n s\u0259s-k\u00fcyl\u0259 ba\u011fl\u0131 \u015fikay\u0259t olub"

Əlaqəli Xəbərlər