Menyu

DİM: Qabiliyyət imtahanı verəcək bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər

Nərmin Qocamanlı
DİM: Qabiliyyət imtahanı verəcək bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Operativ Media"ya bildirilib ki, həmin proqramlara aid ixtisaslaşmaları seçən bakalavrlar bu gündən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. “Bakalavrın imtahana buraxılış vərəqəsi”ndə imtahan binasının ünvanı və imtahana gəlmə vaxtı qeyd olunub.

Qeyd edək ki, qabiliyyət imtahanlarının 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqram üzrə iyunun 1-i, 68 (Musiqi sənəti istiqaməti) saylı proqram üzrə isə iyunun 9-u tarixlərində keçirilməsi nəzərdə tutulur.

İmtahan qrafiki ilə ətraflı buradan tanış olmaq mümkündür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər