Adil Kərimli Samuxda vətəndaşları qəbul edəcək
Nərmin Qocamanlı
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il iyunun 14-də saat 10:00-da Samux şəhər Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 165) Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Nazirlikdən "Operativ Media"ya verilən xəbərə görə, vətəndaşlar 2024-cü il iyunun 10-dək Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı, (022) 266-29-48, daxili 110 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net