Menyu

Avtomobildən 4 min manatlıq lotoreya bilətləri oğurlayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Avtomobildən 4 min manatlıq lotoreya bilətləri oğurlayan şəxs saxlanılıb
1 dəq oxu

 

Nizami rayonunda avtomobillərdən birindən içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çanta oğurlanıb. Bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib. Həyata keçirilən tədbirlər zamanı hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Fərid Əliyev saxlanılıb. 

DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, araşdırmalar davam etdirilir. F.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Əlaqəli Xəbərlər