Menyu

Azərbaycan XİN: "Beynəlxalq ictimaiyyət Azərbaycandakı minalarla bağlı səylər göstərməlidir"

Nərmin Qocamanlı
Azərbaycan XİN: "Beynəlxalq ictimaiyyət Azərbaycandakı minalarla bağlı səylər göstərməlidir"

Ermənistanın yerləşdirdiyi minalar bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıları öldürməyə və şikəst etməyə davam edir. 

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" hesabında paylaşıb.

Bildirilib ki, bu gün ANAMA-nın 27 yaşlı əməkdaşı Sırxavənd kəndində minanın partlaması nəticəsində ağır xəsarət alıb, ayağı amputasiya edilib.

Çoxsaylı səylərə baxmayaraq, Ermənistanın minaların yerləşdiyi yerləri əks etdirən dəqiq xəritələri təhvil verməkdən imtina etməsi səbəbindən minatəmizləmə əməliyyatları bir çox problemlərlə üzləşir.

Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsini aradan qaldırmaq üçün səylərini səfərbər etməlidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər