Menyu

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb 

Nərmin Qocamanlı
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb 
1 dəq oxu

Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.
 
Bu barədə "Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O bildirib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 502 sm təşkil edir. 

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

Əlaqəli Xəbərlər