Menyu

Avtomobili narkotikin təsiri altında idarə edən sürücü həbs edilib

Nərmin Qocamanlı
Avtomobili narkotikin təsiri altında idarə edən sürücü həbs edilib

Avtomobili narkotikin təsiri altında idarə edən sürücü inzibati qaydada həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Elməddin Əbilov idarə etdiyi "Fiat" markalı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. E.Əbilovun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi müəyyən edilib. *Bundan əlavə, həmin şəxsin həm spirtli içkidən həm də narkotik vasitədən istifadə etdiyi məlum olub.* Barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Əbilov 15 gün müddətində inzibati qaydada həbs edilib.

Teqlər:

"Avtomobili narkotikin t\u0259siri alt\u0131nda idar\u0259 ed\u0259n s\u00fcr\u00fcc\u00fc h\u0259bs edilib"

Əlaqəli Xəbərlər