Menyu

Nərimanov rayonunda qumbara aşkarlanıb

Nərmin Qocamanlı
Nərimanov rayonunda qumbara aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində sursat aşkarlanması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Opeativ Media"ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb olunub.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı olduğu müəyyənləşdirilib.

Sursatlar Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri zərərsizləşdirilməsi üçün ərazidən götürərək kənarlaşdırıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər