Menyu

Sumqayıtda oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Nərmin Qocamanlı
Sumqayıtda oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb
1 dəq oxu

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 11-ci mikrorayon ərazisində yerləşən kafelərin birindən 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Azər Firuqi saxlanılıb. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə 1-ci mikrorayon ərazisində köşklərin birindən 1000 manat dəyərində tütün məmulatı və içki oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vaqif Piriyev saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər