Menyu

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub

Nərmin Qocamanlı
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinə yeni sədr təyin olunub.

"Operativ Media" xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, bu posta Sadiq Cabir oğlu Əliyev gətirilib.

Qeyd edək ki, S.Əliyev 1984-cü ildə anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.

2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ailəlidir, üç övladı var.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər