Menyu

Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçiləri təltif olunub

Nərmin Qocamanlı
Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçiləri təltif olunub

Mayın 29-da Baş prokuror Kamran Əliyev rəhbər işçilərin iştirakı ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fikrət Mahmudov və Baş Prokurorluğunun Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Kamran Əhmədovu qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar qəbul edib.  

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə Baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib.   Daha sonra tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və xatirə şəkli çəkilib.

Teqlər:

"Qulluqda olman\u0131n son ya\u015f h\u0259ddin\u0259 \u00e7atm\u0131\u015f prokurorluq i\u015f\u00e7il\u0259ri t\u0259ltif olunub"

Fotogalereya

Əlaqəli Xəbərlər