Sumqayıtda mikrorayonların kəsişməsində qanunsuz hasarlamanın qarşısı alınıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirir.
Nazirliyin Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, həmin çərçivədə Sumqayıt şəhərinin 9-cu və 13-cü mikrorayonlarının kəsişməsində fəaliyyət göstərən obyektin qarşısında müvafiq icazəverici sənədləri olmadan qanunsuz hasarlama işlərinin aparılması faktı aşkarlanıb.
• Skolioz xəstəliyinin yaranmasına səbəb olan amillər hansıdır?
• "Xəyal Adası"ndakı evlər niyə bu qədər bahalıdır?
• Karqo şirkətləri ilə problem yaşayan vətəndaşlar nə etməlidirlər?
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilmiş hasar sökülüb.