http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş prokuror OECD-in İşçi qrupunun sədri ilə görüşüb

07 Oktyabr 2022 , 16:57
Baş prokuror OECD-in İşçi qrupunun sədri ilə görüşüb

Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Beynəlxalq Ticarət Əməliyyatlarında Rüşvətxorluq” İşçi qrupunun sədri Draqo Kos və OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) meneceri Olqa Savranla görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi, tapşırıq və tövsiyələri ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə məlumat verərək, aparılmış hüquqi və institusional islahatlar, milli antikorrupsiya qanunverciliyinin təkmilləşdirilməsi, yeni dövrün tələblərinə uyğun olaraq bu sahədə mühüm strateji sənəd olan “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın effektiv icra vəziyyəti, eləcə də qarşıda duran digər məsələlərə toxunub.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən qonaqlar Azərbaycanda həyata keçirilən anti-korrupsiya islahatlarına dair müsbət fikirlərini bölüşmüşlər. Ölkəmizin OECD tərəfindən 5-ci raund çərçivəsində qiymətləndirilməsi prosesi, korrupsiyaya qarşı mübarizədə yeni çağırışlar və digər hüquqi məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

 

 

 

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
Menyu