http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Mədəniyyət Nazirliyi senzura tətbiq edib?

21 İyun 2024 , 20:30
Mədəniyyət Nazirliyi senzura tətbiq edib?

Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət Nazirliyində qeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir və onlara həmin Qaydaların əlavəsinə uyğun vahid formalı yayım vəsiqəsi verilir.

Qeyd olunub ki, filmlərə müvafiq yayım vəsiqəsinin verilməsi üçün Ekspert Şurası yaradılıb:

"Sözügedən Qaydalarda qeyd olunan meyarlara uyğun filmlərin seçilməsi, reyestrə daxil edilməsi və onlara yayım vəsiqəsinin verilməsi üçün ekspert mövqeyinə zərurət olduğundan Nazirlik yanında kinorejissor, sosioloq, psixoloq, jurnalist, dramaturq və müvafiq sahə üzrə təcrübəyə malik olan bir sıra digər mütəxəssislərdən ibarət tərkibdə Ekspert Şurası yaradılıb".

Vurğulanıb ki, Şura filmlərin qanunvericilikdə müəyyən edilmiş meyarlara uyğunluq baxımından qiymətləndirilməsinə dair peşəkar rəy verir və həmin rəy əsasında müvafiq filmin reyestrə daxil edilməsi və ona yayım vəsiqəsinin verilməsinə dair Nazirlik tərəfindən qərar qəbul edilib.

"Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, burada hər hansı senzuranın tətbiqindən söhbət gedə bilməz", - Nazirlikdən bildirilib.

OXŞAR XƏBƏRLƏR
“Eurovision 2025”in hansı şəhərdə keçiriləcəyi məlum olub

“Eurovision 2025”in hansı şəhərdə keçiriləcəyi məlum olub

Naftalanda tarixi abidə qalıqları aşkarlanıb

Naftalanda tarixi abidə qalıqları aşkarlanıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu