http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir

22 İyun 2024 , 23:33
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir

Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfərə gedib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, nümayəndə heyəti iyunun 21-də Drezden Dövlət və Universitet Kitabxanasını ziyarət edib. Kitabxananın tarixi və fəaliyyəti haqqında qonaqlara məlumat verilib.

Sonra kitabxananın rəhbərliyi ilə görüş olub, sahə üzrə əməkdaşlığın perspektivləri barədə müzakirə aparılıb.

Nümayəndə heyəti kitabxanada qorunub saxlanılan Türk dünyasının ortaq ədəbiyyat və mədəniyyət abidəsi - "Kitabi-Dədə Qorqud" eposunun əlyazma nüsxəsi ilə tanış olub. Qeyd edək ki, dastanın öyrənilməsi alman şərqşünası Henrix Fridrix fon Ditsin 1815-ci ildə Drezden kitabxanasında XV əsrdə yazıya alınmış əlyazmasını aşkar etməsi ilə başlayır. Bu əlyazma müqəddimə və 12 boydan ibarətdir.

Dastanın ikinci nüsxəsi Vatikandadır. İtalyan alimi Ettore Rossi tərəfindən 1952-ci ildə nəşr edilmiş bu nüsxədə dastanın 6 boyu verilib. Son illərdə bu eposun yeni nüsxələri aşkara çıxarılıb. 1999-cu ildə ölkəmizdə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi dövlət səviyyəsində qeyd olunub. Drezden və Vatikanda saxlanılan əlyazmaların faksimilesi ikicildlik "Kitabi-Dədə Qorqud" ensiklopediyası"nda oxuculara təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
Türkiyədə "Azərbaycan Sirləri" adlı kitab nəşr olunub

Türkiyədə "Azərbaycan Sirləri" adlı kitab nəşr olunub

Azərbaycanlı bəstəkarın əsəri Polşada birinci yerə layiq görülüb

Azərbaycanlı bəstəkarın əsəri Polşada birinci yerə layiq görülüb

Mədəniyyət Nazirliyi senzura tətbiq edib?

Mədəniyyət Nazirliyi senzura tətbiq edib?

XƏBƏR LENTİ
  • 18:18

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
  • 18:17

    Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbəri Troy Dulini qəbul edib
  • 17:59

    Fərqli əyləncə axtarırsınızsa, yaxta kirayələyə, paraşütlə uça bilərsiniz - QİYMƏTLƏR
  • 17:57

    Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır
  • 17:38

    Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib
  • 17:37

    AÇ-2024-ün ən yaxşı ilk 11-liyi açıqlandı
  • 17:36

    Mətbuat prospektində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
  • 17:15

    Azərbaycan I yarımildə Qarabağa 2 milyard manata yaxın vəsait yönəldib
Menyu