http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Saatlıda sabiq məktəb direktorunun iddialarına rəsmi münasibət

08 Oktyabr 2022 , 11:49
Saatlıda sabiq məktəb direktorunun iddialarına rəsmi münasibət

Baş Prokurorluq Saatlıda sabiq məktəb direktorunun yaydığı məlumata münasibət bildirib.

 

Baş Prokurorluğun Mətbuat xidmətinin "Operativ Media"ya bildirilib ki, “Kanal 13” Youtube kanalında Saatlı rayon sakini Elnur Rzayevin ondan rayon prokurorluğunda 5 min manat məbləğində rüşvət tələb olunması, guya aralarında razılaşdırılmış məbləği vermədiyinə görə üzr istəməsi ilə bağlı videomüraciəti yayılıb. Törətdiyi cinayət əməlləri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq olunmuş Elnur Rzayevin həmin videomüraciəti ilə bağlı bildirilir ki, o, 2009-2019-cu illər ərzində Saatlı rayon Təhsil Şöbəsinin Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək büdcə vəsaitini taladığına görə Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi istintaq olunaraq 29 may 2019-cu il tarixdə baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

Cinayət işinə müvafiq məhkəmə instansiyalarında baxıldıqdan sonra yekun olaraq Şirvan Apelyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarı ilə Elnur Rzayevə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 8 min manat məbləğində cərimə cəzası təyin edilib.

 

Bundan əlavə bildirilir ki, Elnur Rzayevin Saatlı rayon prokurorluğunun əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı 04 may 2019, 09 oktyabr 2019 və 11 fevral 2020-ci il tarixli müraciətləri üzrə Baş Prokurorluqda araşdırma aparılıb, lakin göstərilən xüsusatlar öz təsdiqini tapmayıb:

 

"Baş Prokurorluq tərəfindən bir daha media istifadəçilərinə müraciət edilməklə dövlət qurumunun rəsmi mövqesini almadan bu növ məlumatların yayılmaması xahiş edilir".

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
Menyu