08 Oktyabr 2022, 18:31
Ağdamda avtomobil yolunun inşası zamanı mina partlayıb, xəsarət alanlar var-YENİLƏNİB
Ağdamda avtomobil yolunun inşası zamanı mina partlayıb, xəsarət alanlar var-YENİLƏNİB şəkil
Ağdamda avtomobil yolunun inşası zamanı mina partlayıb, xəsarət alanlar var-YENİLƏNİB

Daxil olan yenilənmiş məlumata əsasən bu gün Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı zamanı daha bir nəfər zərərçəkib.

Bu barədə "Operativ Media"ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 1983-cu il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu sağ əlindən yüngül xəsarət alıb.

***

Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı baş verən mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

“Operativ Media" xəbər verir ki, hadisə Ağdamın Yusifcanlı kəndində qeydə alınıb.

Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır.

Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.

Son xəbərlər
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib
İsraildə raket zərbələrindən zədələnən 22 bina dərhal söküləcək