Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 4 tələbəsinin yedikləri qidadan sonra mədələrində narahatlıq yaranıb.
BDU-nun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, hazırda onların vəziyyəti qənaətbəxşdir. Universitet və fakültə rəhbərliyi məsələni diqqətdə saxlayır.
***
Bakı Dövlət Universitetinin (BDU) 4 tələbəsi suşidən zəhərlənib.
Kliniki Tibbi Mərkəzdən "Operativ Media"ya verilən xəbərə görə, 4 nəfərdən biri artıq evə buraxılıb.
Digər 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: "Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır”.
KTM-dən bildirilib ki, 3 nəfərin də sabah ambulator müalicə üçün evə buraxılması gözlənilir. Zəhərlənmə diaqnozu ilə gətirilən hər 4 tələbə qızdır və eyni fakültənin tələbələridir.
Özlərinin verdiyi məlumata görə onlar ötən gün yedikləri suşidən zəhərləniblər.