Ceyhun Bayramov: Ermənistanın ərazilərimizə mina yerləşdirməsi qınanılmalıdır

Nərmin Qocamanova
Ceyhun Bayramov: Ermənistanın ərazilərimizə mina yerləşdirməsi qınanılmalıdır

"Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir"

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Twitter" hesabında bildirib.

"Mina partlayışı nəticəsində daha 2 azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son” - deyə nazir paylaşımda qeyd edib.

Digər xəbərlər